07 iyun 2025 08:23
104

Qəzzada bombardman nəticəsində 12 nəfər ölüb, onlarla insan yaralanıb

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə endirdiyi hava zərbəsi nəticəsində azı 12 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, zərbə məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində endirilib.