10 iyun 2025 10:50
115

Kiyevə kütləvi dron hücumu edilib, dağıntılar və xəsarət alanlar var

İyunun 10-na keçən gecə Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava hücumu edilib.

Kütləvi dron hücumu yerli vaxtla saat 00:05 radələrində başlayıb. Hava həyəcanı işə salınıb və intensiv partlayış səsləri eşidilib.

Kiyev şəhər meri Vitali Kliçkonun verdiyi məlumata görə, zərərsizləşdirilən dronların qalıqları paytaxtın bəzi yaşayış binalarına ziyan vurub, azı 4 mülki şəxs xəsarət alıb. Beş saatdan artıq davam edən hava hücumu zamanı Kiyevin Şevçenko, Podol, Solomyonsk, Obolon, Darnitsk, Dnepr rayonlarında hündürmərtəbəli binalara, avtomobillərə, ticarət mərkəzinə, ofislərə, məktəbə ziyan dəyib.

Hazırda Kiyev şəhərində hava hücumunun yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

AZƏRTAC