Moskva və Vaşinqton Yaxın Şərqlə bağlı məsələləri müzakirə edir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Üçüncü iş sahəsi beynəlxalq məsələlərdir. Burada əsas mövzular var, təbii ki, Yaxın Şərqlə bağlı məsələ", - deyə, o, qeyd edib.
Bundan başqa, tərəflər İranın nüvə proqramı məsələsini də müzakirə edirlər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton hələlik İranın nüvə sazişi ilə bağlı təkliflərindən razı deyil.