Braziliya millisi bütün dünya çempionatlarının final mərhələsinə vəsiqə qazanan yeganə ölkə olub.
“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, beşqat dünya çempionları DÇ-2026-nın seçmə mərhələsində Paraqvayı (1:0) məğlub edərək həlledici raunda vəsiqəni rəsmiləşdirib.
Braziliya yığması 1930-cu ildən bəri keçirilən 22 dünya çempionatının hər birinin final mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, komanda hazırda seçmə mərhələnin turnir cədvəlində 25 xalla üçüncü pillədə yer alıb.