11 iyun 2025 12:36
186

Cinpin Qazaxıstana səfər edəcək

Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iyunun 16-17-də Astanada səfərdə olacaq.

“İki sahil”  Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər əsnasında yüksək səviyyədə keçiriləcək görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Çin liderinin səfəri çərçivəsində iyunun 17-də Astanada region ölkələri dövlət başçılarının iştirakı ilə ikinci “Mərkəzi Asiya-Çin” Zirvə görüşünün keçirilməsi də planlaşdırılır.