Ankara Respublika Baş Prokurorluğu tərəfindən İsrail-İran gərginliyi barədə sosial media vasitəsilə yalan və saxta paylaşımlar edən hesablarla bağlı istintaqa başlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlayıb.
Nazir bildirib ki, sosial media platformalarında ictimaiyyəti çaşdırmağa yönəlmiş, dezinformasiya xarakteri daşıyan və cəmiyyətdə narahatlıq yaratmaq məqsədi güdən təxribat xarakterli paylaşımların edildiyi müəyyən olunub. Sözügedən paylaşımları edən hesablarla bağlı istintaqa başlanılıb.
Nazir ictimai asayişi pozmağa yönəlmiş bu cür təxribat xarakterli məzmunlara əsla icazə verilməyəcəyini deyib.