KXDR və Rusiya arasında ticarət-iqtisadi əlaqələr inkişaf edir və iki ölkə arasında hava əlaqəsi tezliklə bərpa oluna bilər.
“İki sahil” xəbər verir ki, "Kommersant"a istinadla xəbər verirki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu məlumat verib.
"Ümid edirəm ki, ilk təyyarə tezliklə uçacaq", - deyə Şoyqu KXDR-ə səfəri zamanı deyib.
O, planlaşdırılan uçuşların sayını və onların tezliyini açıqlamayıb. Eyni zamanda, Təhlükəsizlik Şurasının katibi Şimali Koreya ilə hava nəqliyyatının 30 ildən çox əvvəl kəsildiyini xatırladıb.
Xatırladaq ki, bir qədər əvvəl “Rus Poçt” KXDR-ə bağlamaların göndərilməsinin bərpa olunduğunu elan edib. Rusiya Dəmir Yolları da 2020-ci ildə koronavirus pandemiyası dövründə kəsilən Moskva və Pxenyan arasında birbaşa dəmir yolu əlaqəsini bərpa edir.