17 iyun 2025 17:31
114

ABŞ Rusiyaya təzyiq strategiyasının hazırlanmasını dayandırır - "Reuters"

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya təzyiq strategiyasının hazırlanmasını dayandırmaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu məlumatı Reuters agentliyi üç ABŞ rəsmisinə istinadla yayıb.

Mənbənin sözlərinə görə, son həftələrdə ABŞ belə bir strategiyanın hazırlanmasına cavabdeh olan idarələrarası işçi qrupunun fəaliyyətini məhdudlaşdırıb.

Agentliyin həmsöhbətləri qeyd ediblər ki, sözügedən qrup sənədin hazırlanmasına yazda başlayıb, lakin mayda onların iş tempi səngiyib. Məqalədə qeyd edilir ki, bu, Trampın Rusiyaya qarşı daha sərt mövqe sərgiləməkdə maraqlı olmadığı aydınlaşdıqdan sonra baş verib.