17 iyun 2025 16:42
103

Fransanın keçmiş baş nazirinə 4 illik həbs cəzası verildi

Paris Apellyasiya Məhkəməsi Fransanın keçmiş baş naziri Fransua Fiyonu həyat yoldaşının işə götürməsi ilə bağlı 4 il şərti həbs cəzasına məhkum edib.

“İki sahil” xəbər verir ki,  bu barədə AFP agentliyi məhkəmənin bəyanatına istinadla məlumat yayıb.

Keçmiş baş nazirə 375 min avro məbləğində cərimə də həvalə edilib.

“Apellyasiya Məhkəməsi Fiyonu şərti olaraq dörd il həbs cəzasına, 375 min avro cəriməyə məhkum edib və beş il müddətinə seçkilərdə iştirakına qadağa qoyub”, - deyə, agentliyin açıqlamasında deyilir.

Fransua Fiyon 2007-2012-ci illərdə Fransanın baş naziri olub. Onun adı keçmiş baş nazirin sağçı namizəd kimi iştirak etdiyi 2017-ci il prezident seçkilərinin ən qızğın vaxtında alovlanan "Peneloqate" qalmaqalı ilə hallanır. Həmin vaxt "Le Canard enchan" satirik jurnalı Fiyonun xanımının parlamentdəki işi ilə bağlı məqalə dərc etmişdi. Məqalənin mətnində iddia olunurdu ki, o, uzun illər deputat olan ərinin köməkçisi kimi maaş alır, amma əslində heç vaxt orada işləməyib.