19 iyun 2025 08:40
95

Şeynbaum Trampa çoxtərəfli saziş bağlamağı təklif edib

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ lideri Donald Trampa iki ölkə arasında təhlükəsizlik, miqrasiya və ticarət məsələlərini əhatə edən çoxrtərəfli ikitərəfli saziş bağlamaq təklifini irəli sürüb.

“İki sahil” xəbər verir ki, o, bu barədə gündəlik mətbuat konfransında bildirib.

"Mən təklif etdim: niyə biz - təhlükəsizlik, miqrasiya, həmçinin ticarəti əhatə edən saziş ümumi saziş bağlamırıq?", - Şeynbaum çərşənbə axşamı Ağ Evin rəhbəri ilə telefon danışığından bəhs edərkən deyib.

"Biz çoxlu razılaşmalar əldə etmişik: bu gün daha təhlükəsiz sərhədimiz var. Miqrasiya baxımından Meksikadan keçən miqrasiya axınında əhəmiyyətli dərəcədə azalma var", - o qeyd edib.

Meksika liderinin sözlərinə görə, Tramp ölkələr arasında hərtərəfli sazişin bağlanması təklifinə baxmağa razılaşıb.