19 iyun 2025 11:59
106

Qərb Rusiya və KTMT-yə qarşı kiberhücumları artırıb

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ukrayna xüsusi xidmət orqanlarının bəzi Qərb ölkələrinin dəstəyi ilə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinə qarşı kiberhücumları artırdığını bildirib.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, o, bu barədə KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclasında bildirib.

“Rusiyada kompüter cinayətinin miqyasının genişlənməsi daha çox Ukrayna xüsusi xidmət orqanlarının fəaliyyətinin fəallaşması ilə bağlıdır”, - deyə, o, qeyd edib.