19 iyun 2025 12:42
99

Litvanın keçmiş xarici işlər nazirindən ÇAĞIRIŞ

Litvanın keçmiş xarici işlər naziri Qabrielius Landsbergis Ukraynanı Rusiyadakı neft obyektlərini bombalamağa çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

X sosial şəbəkəsinin istifadəçilərindən biri İranın ən böyük neft obyektlərinin yer aldığı xəritəni dərc edərək qeyd edib ki, İsrailin hücumları neft hasilatını azaltmaq məqsədi daşıyır.

"Mən əminəm ki, Ukrayna işarəni lacaq. Rusiya nefti qanuni hədəfdir", - deyə, Landsbergis deyib.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt Rusiyanın enerji infrastrukturuna zərbələri suverenliyə hücum hesab edir.