19 iyun 2025 08:46
93

Qazaxıstanda dörd metrlik kimeşeklə dünya rekordu qeydə alınıb

Qazaxıstanın Pavlodar şəhərində qazax qadınlarının ənənəvi baş örtüyü olan kimeşekə həsr olunmuş dörd metrlik instalyasiya hazırlanıb.

“İki sahil” "Kazinform"a istinadən xəbər verir ki, şəhərin mərkəzi bulvarında nümayiş etdirilib.

Qazax xalqının ənənəvi mədəniyyətində kimeşek yalnız evli qadınlar tərəfindən taxılırdı və ailədə, eləcə də cəmiyyətdə onların xüsusi statusunu simvolizə edirdi.

Layihənin müəllifi yerli folklor və milli ənənələrdən ilhamlanan tanınmış dizayner və ustad Gülayim Akumbayevadır.

Beynəlxalq “Global BOOK of RECORDS” təşkilatının nümayəndələri bu qeyri-adi baş örtüyünü rəsmi olaraq dünya rekordu kimi qeydə alaraq, yeni Dünya Rekordları Kitabına daxil ediblər.

Tədbirdə ağ kimeşek geyinmiş təxminən 200 qadın iştirak edib. Onlar bu ənənəvi baş örtüyünə ehtiram göstərmək və onun tanıdılması məqsədilə bir araya gəliblər.