19 iyun 2025 08:53
92

Yeni Zelandiya Rusiya, Belarus, KXDR və İran vətəndaşlarına yeni sanksiyalar tətbiq edib

Yeni Zelandiya hakimiyyəti Rusiya, Belarus müəssisələri, vətəndaşları üçün yeni məhdudiyyətlər elan edib və sanksiya siyahısına KXDR-in dörd və İranın iki vətəndaşını əlavə edib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Uinston Piters məlumat verib.

Peters qeyd edib ki, yeni sanksiyalar Rusiya Federasiyasının hərbi sənaye kompleksi ilə əlaqəli müəssisə və vətəndaşlara, habelə Koreya Xalq Demokratik Respublikası, İran və Belarusdan olan Rusiya tərəfdarlarına tətbiq edilib. Sanksiyalar ümumilikdə 18 fiziki və hüquqi şəxsə aiddir. Vellinqton Rusiyanın kölgə donanmasının 27 gəmisinə də məhdudiyyətlər qoyub.

Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiyalar Rusiyanın aviasiya sənayesi müəssisələrinə tətbiq edilib.