İsveçrə Milli Bankı yenidən maliyyələşdirmə dərəcəsini hazırkı 0,25%-dən 0%-ə endirdiyini elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb..
Bildirilir ki, Mərkəzi Bank öz qərarını “əvvəlki rübün sonunda qeyd etdiyimiz inflyasiya təzyiqinin azalması” ilə izah edib.
"Pul siyasətinin yumşaldılması üçün bu gün görülən tədbirlər inflyasiyanın yavaşlamasına cavabdır. Biz vəziyyəti diqqətlə izləməyə davam edirik və lazım gələrsə, pul siyasətimizi korreksiya etməyə hazırıq", - deyə, Mərkəzi Bankın bəyanatında deyilir.