19 iyun 2025 17:20
120

Zaxarova: Ermənistanın Aİ-yə daxil olması Aİİ-yə üzvlüklə bir araya sığmır

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, Ermənistanın Aİ-yə potensial daxil olması onun Aİİ-də iştirakı ilə bir araya sığmır.

“İki sahil” xəbər verir ki,  bu barədə RİA Novosti məlumat yayıb.

"Ermənistanın Aİ-yə potensial daxil olması, həqiqətən də, respublikanın Aİİ-yə üzvlüyü ilə bir araya sığmır", - deyə, Zaxarova brifinqdə deyib.

Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi əvvəllər bu ziddiyyəti qeyd edib.

O, həmçinin bəyan edib ki, Avrasiya inteqrasiyasının İrəvan üçün faydaları “danılmaz və realdır” və “Brüsselin boş vədləri” ilə müqayisə oluna bilməz.