19 iyun 2025 22:07
96

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri iyunun 19-da başa çatıb.

“İki sahil” xəbər verir ki, Kahramanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yola saldı.