Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrlandiyaya işgüzar səfəri çərçivəsində İrlandiya rəsmiləri ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X"də yazıb.
"Səfər zamanı aparılan konstruktiv müzakirələr Azərbaycan-İrlandiya və Azərbaycan-Aİ münasibətlərinə, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesinə və digər məsələlərə həsr olunub",- deyə diplomat qeyd edib.
Məlumata görə, E.Əmirbəyovun İrlandiya səfəri artıq başa çatıb.
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Prezident: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
COP31-i güclü və etibarlı bir icra vasitəsinə çevirmək üçün Azərbaycan Türkiyənin yanındadır