22 iyun 2025 09:39
85

24 il sonra La Liqaya qayıtdılar

2025/26 mövsümündə La Liqada oynayacaq sonuncu - 20-ci komanda müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu, “Real Oviedo” komandasıdır. Onlar yüksək liqaya vəsiqə uğrunda keçirdiyi pley-off mərhələsinin cavab final oyununda “Mirandes” üzərində əlavə vaxtda 3:1 hesabı ilə qalib gəlib. İki oyunun ümumi nəticəsinə görə (3:2) “Real Oviedo” cütün üstün tərəfi olub.

Bu, onlara 24 illik fasilədən sonra İspaniyanın yüksək divizionuna qayıtmağa imkan verib.

“Real Oviedo” sonuncu dəfə La Liqada 2000/2001 mövsümündə çıxış etmişdi.