23 iyun 2025 14:47
103

Bu ilin 5 ayında ölkədə çıxarış verilən əmlakların 25 faizi paytaxtın payına düşüb

Cari ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 148 min 678 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

“İki sahil”  Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 24 min 947-si (16,8 faiz) ilkin, 123 min 731-i (83,2 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin ilk beş ayı ərzində fərdi yaşayış və bağ evi üzərində – 26 min 19, mənzil – 35 min 630, torpaq sahəsi – 81 min 642, qeyri-yaşayış binası – 1237, qeyri-yaşayış sahəsi – 3794, əmlak kompleksi – 285, çoxmərtəbəli yaşayış binası – 68 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 38 min 859-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-may ayları ərzində 105 min 328 texniki pasport tərtib edilib, 24 min 599 ipoteka müqaviləsi qeydiyyata alınıb.