24 iyun 2025 12:35
98

Nazir: Qəbul imtahanlarının keyfiyyəti bizi qane edir

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının keyfiyyəti bizi qane edir.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, daim Dövlət imtahan Mərkəzi ilə əməkdaşlıq edilir:

“Sualların çətinliyi ilə bağlı hər zaman fərqli rəylər olur. Çətin sual o zaman olur ki, onu bilmirsən. Bütün hallarda hər zaman təhlillərimiz olur”.