24 iyun 2025 13:00
126

Beynəlxalq siyasi diqqətin Ukraynadan Yaxın Şərqə keçməsi Kiyev üçün böyük problemdir - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski beynəlxalq siyasi diqqətin Ukraynadan Yaxın Şərqə keçməsini Kiyev üçün böyük problem adlandırıb.

“İki sahil” xəbər verir ki,  o, bu barədə "Sky News"a müsahibəsində bildirib.

"Bu, böyük problemdir. Siyasi diqqət dəyişir, bu, tamamilə aydındır", - deyə, o, qeyd edib.

Zelenski bunun Ukraynaya, ilk növbədə ABŞ-dan yardımı azalda biləcəyindən narahatlığını ifadə edib: "Biz bunu həqiqətən istəməzdik. Amma biz bunu hiss edirik."

Zelenski əlavə edib ki, Qərbin hərbi yardımı olmasa, Ukrayna üçün çətin olacaq.