24 iyun 2025 13:19
127

Ukrayna dövlət çevrilişindən sonra suverenliyini itirdi - Lavrovun İDDİASI

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov oxunuşları” beynəlxalq forumunda Ukraynanın dövlət çevrilişindən sonra suverenliyini itirdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

"Suverenliyə gəlincə, burada ümumiyyətlə danışılası bir şey yoxdur. Ukraynanın amerikalıların, ingilislərin hazırladığı və indi süni şəkildə dəstəklənən dövlət çevrilişindən başlayaraq, heç bir suverenliyi olmayıb, amma reallıqda o, yoxdur", - deyə, Lavrov bildirib.

Rusiyalı nazir vurğulayıb ki, Kiyev tamamilə Qərb kuratorlarından asılıdır: "İlk növbədə, bu mərhələdə London və Brüssel, Paris, Berlin rol oynayır."