İranın xarici işlər naziri Abbas Əraqçi Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə ABŞ-ın Qətərdəki hərbi bazasına hücum planını müzakirə etməyib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Xeyr, bu müzakirə olunmayıb. Yadınızdadırsa, hətta Əraqçi ilə dünənki görüşdən əvvəl biz bir çox bəyanatlar, o cümlədən rəsmi səviyyədə eşitmişdik ki, mütləq cavab veriləcək. Ona görə də, faktiki olaraq, bu elan edilib", - Kreml nümayəndəsi jurnalistlərə bildirib.