Türkiyənin beş bölgəsində- Tekirdağ, Sakarya, İzmir, Antalya və Kahramanmaraşda meşə yanğınları baş verib.
“İki sahil” xəbər verir ki, hazırda hava və quru vasitələri ilə yanğınlarla mübarizə davam edir. Bu bölgələrə ümumilikdə 6 yanğınsöndürmə təyyarəsi, 10-dan artıq helikopter və çox sayda xüsusi texnika cəlb edilib. Qeyd edək ki, İzmirdə baş verən meşə yanğını ilə mübarizə artıq bir neçə gündür davam edir.