28 iyun 2025 12:53
104

Bakıda “Gimnastika hamı üçün” növü üzrə beynəlxalq turnir başlayır

Bakıda “Gimnastika hamı üçün” növü üzrə üçüncü beynəlxalq “Challenge” bu gün start götürəcək.

“İki sahil” xəbər verir ki, turnirdə 4 müxtəlif ölkənin 54 komandası yer alacaq.

İştirakçılar iki yaş kateqoriyası (50 yaşdan aşağı və 50 yaşdan yuxarı) üzrə proqramlarda çıxış edəcəklər. Tədbir ustad dərsləri, komandaların rəngarəng çıxışları və əyləncə proqramları ilə yadda qalacaq.

Qeyd edək ki, turnirin məqsədi ahıl şəxslərin fiziki aktivliyini artırmaq, onların sosial həyata inteqrasiyasını dəstəkləmək və sağlam həyat tərzini təşviq etməkdir.