30 iyun 2025 14:14
136

Rusiya tərəfi Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır - Peskov

“Moskva Azərbaycanla əlaqələrin pozulmasından təəssüflənir və münasibətlərin daha da inkişafında maraqlıdır”.

“İki sahil” Ura.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz qəbul edilmiş qərarlara görə təəssüflənirik. Kreml nümayəndələrinin fikrincə, hüquq-mühafizə orqanlarının hərəkətləri ilə bağlı məsələlər belə genişmiqyaslı məhdudiyyətlərə səbəb olmamalıdır”, - Kreml rəsmisi əlavə edib.

Peskovun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı prezidentlər - Vladimir Putinlə İlham Əliyev arasında ayrıca söhbət planlaşdırılmır: “Rusiya tərəfi Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdır”.