01 iyul 2025 11:59
148

Millət vəkili Fariz İsmayilzadə Özbəkistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfərdədir.

“İki sahil” xəbər verir ki, birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək üçün iyunun 30-da Özbəkistan Respublikasına işgüzar səfərə gəlib.

Forumda çıxış edən millət vəkili seçicilərinə səslənib: “Əziz seçicilər, Məmnuniyyətlə bildirirəm ki, Milli Məclisin sədri xanım Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyətinin tərkibində Özbəkistan Respublikasında işgüzar səfərdəyəm.

Lənkəran və Özbəkistanın qədim Buxara şəhəri qardaş şəhərlərdir. Hazırda ikitərəfli mümkün əməkdaşlıq imkanlarını dəyərləndirirəm.