02 iyul 2025 13:29
125

Braziliyada keçiriləcək BRİKS sammitində Çini KİM TƏMSİL EDƏCƏK?

Çinin Baş naziri Li Qiang iyulun 5-8-də keçiriləcək BRİKS sammitində iştirak etmək üçün Braziliyaya səfər edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib. ,

Bundan əvvəl "South China Morning Post" Çin lideri Si Cinpinin bu il ilk dəfə BRİKS sammitində iştirak etməyəcəyini yazmışdı.

“South China Morning Post”a verilən məlumata görə, Çin lideri BRİKS sammitində iştirak etməyəcək. Adı açıqlanmayan rəsmilərin dediyinə görə, Çin Braziliya hökumətini Sinin gələ bilməyəcəyi və Baş nazir Li Qianqın ölkə nümayəndə heyətinə rəhbərlik edəcəyi barədə xəbərdar edib.