İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə pakistan həmkarı İshaq Dar arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Pakistan xarici işlər naziri "X" sosial şəbəkəsində paylaşıb.
Tərəflər ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını təsdiq edib və yüksək səviyyəli fikir mübadiləsinin əhəmiyyətini qeyd ediblər.
"Biz yüksək səviyyəli son mübadilələrin ikitərəfli əlaqələrimizi daha da gücləndirdiyini təsdiq etdik və müxtəlif sektorlarda əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi ifadə etdik", - paylaşımda qeyd olunur.
İshaq Dar Azərbaycanı sammitin uğurla təşkil edilməsi münasibətilə təbrik edib və ölkənin İƏT-in fəaliyyətindəki fəal rolunu yüksək qiymətləndirib.
Xatırladaq ki, bu gün Xankəndi ilk dəfə ECO liderlərinin sammitinə ev sahibliyi edəcək. Tədbirdə Türkiyə, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan da daxil olmaqla 10 üzv ölkənin yüksək səviyyəli nümayəndə heyətləri iştirak edir.
Sammitdə müşahidəçi qismində ŞKTC nümayəndə heyəti də iştirak edir.
Pleased to meet with my brother again, Foreign Minister of Azerbaijan @Bayramov_Jeyhun, on the sidelines of the 17th ECO Summit in Khankendi.
— Ishaq Dar (@MIshaqDar50) July 4, 2025
I congratulated Azerbaijan’s leadership on the successful hosting of the Summit and lauded its proactive role in ECO. We reaffirmed that… pic.twitter.com/mfMfw8tZzY