İspaniyanın "Real" klubunun baş məşqçisi Xabi Alonso David Alabanı heyətdə görmək istəmir.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssis bu barədə 33 yaşlı müdafiəçiyə məlumat verib.
O, Avstriya millisinin üzvündən yeni komanda tapmasını söyləyib. Lakin təcrübəli oyunçu Madrid təmsilçisindən ayrılmaq niyyətində deyil. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, David Alaba 2021-ci ildən "Real"da çıxış edir.