ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Ukraynaya ciddi yardım etdiyini bildirib və münaqişənin başlamasını bir daha tənqid edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə MSNBC telekanalında yayımlanan müsahibəsində bildirib.
“Nə üçün ABŞ Ukraynaya İsrail qədər kömək etmir” sualına cavabında Tramp deyib ki, Kiyevə əhəmiyyətli dərəcədə dəstək göstərilir.
"Mən Ukraynaya kömək edirəm. Onlara çox kömək edirəm. Bu münaqişə heç vaxt başlamamalı idi", - deyə, Amerika lideri bildirib.
O, həmçinin bildirib ki, 2022-ci ildə prezident olsaydı, Rusiya ilə münaqişə baş verməzdi.