07 iyul 2025 17:26
117

Çin XİN: BRİKS mexanizmi başqa ölkələrə qarşı yönəlməyib

BRİKS mexanizmi heç bir ölkəyə qarşı yönəlməyib.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq deyib.

"BRICS mexanizmi inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq üçün mühüm platformadır, o... heç bir ölkəyə qarşı yönəlməyib", - deyə, o, qeyd edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp BRİKS siyasətini dəstəkləyən dövlətlərə əlavə 10%-lik ticarət tariflərinin tətbiq ediləcəyi barədə xəbərdarlıq etmişdi.