07 iyul 2025 17:11
123

Makron Britaniyaya dövlət səfərinə gedir

Fransa prezidenti  Emmanuel Makron Böyük Britaniyaya üç günlük dövlət səfərinə yola düşüb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  bu, Fransa prezidentinin 2008-ci ildən bəri Böyük Britaniyaya belə səviyyəli ilk səfəridir.

Londonun bütün Aİ ilə münasibətlərinin yenidən qurulmasında Fransa-Britaniya birliyinin aparıcı rol oynadığını nümayiş etdirmək məqsədi daşıyır.

Makronun Ukrayna ilə bağlı ortaq mövqedən qaynaqlanan Böyük Britaniyanın baş naziri Key Starmerlə nisbətən isti münasibətlərinə baxmayaraq, iki lider arasında da fikir ayrılıqları var. Xüsusilə, ABŞ prezidenti Donald Trampla münasibətlərə yanaşma ilə bağlı.