07 iyul 2025 20:47
108

Ursula fon der Lyayen onları ittiham etdi

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentində çıxış edərək ona və Avropa Komissarları Kollegiyasını qarşı etimadsızlıq votumu ilə bağlı dinləmələrin təşəbbüskarı olan parlament üzvlərini ekstremistlər üçün təlimatdakı metod və vasitələrdən istifadə etməkdə günahlandırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə parlamentdə keçirilən dinləmələrdə ona qarşı irəli sürülən ittihamlara cavab verərkən bildirib.

Ursula fon der Lyayen həmçinin vurğulayıb ki, bu təklifi irəli sürən parlament üzvləri Kremldə və ya başqa yerdə olan ağalarının maraqlarına xidmət edirlər.