10 iyul 2025 08:28
131

Ərdoğan Kommunikasiya İdarəsinin rəhbərini dəyişib

Türkiyə Prezident Adminmistrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun vəzifəsindən azad olunub.

“İki sahil”  "Resmi Gazete"yə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu barədə müvafiq sərəncam imzalayıb.

Ölkə başçısının digər səırəncamı ilə bu vəzifəyə xarici işlər nazirinin köməkçisi Burhanettin Duran gətirilib.

Fəxrəddin Altun isə Türkiyə İnsan Haqları Qurumuna rəhbər təyin olunub.