Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurası Azərbaycan maliyyə naziri Sahil Babayevi növbəti il üçün Şuranın yeni sədri seçib.
“İki sahil” QDTİB-ə istinadən xəbər verir ki, Bolqarıstan və Gürcüstandan olan idarəçilər sədr müavinləri seçiliblər.
Bankın Rəhbərlər Şurasının 28-ci illik iclası Azərbaycanda keçiriləcək.