10 iyul 2025 14:21
131

Ukrayna üçün 1 milyard avroluq daha bir yardım

Ukraynanın bərpası ilə bağlı Romada keçirilən konfransda Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kiyevə 1 milyard avro məbləğində makromaliyyə yardımı tranşının ödənildiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Bizim dəstəyimizin bir hissəsi olaraq mən 1 milyard avroluq makro-maliyyə yardımının ödənilməsini elan edə bilərəm”, - deyə, o, qeyd edib.

Fon der Leyenin sözlərinə görə, bu ölkəyə xüsusi fonddan 3 milyard avrodan çox vəsait ayrılacaq.

İyunun əvvəlində məlum olub ki, Avropa Komissiyası ən azı 2027-ci ilin martına qədər Kiyevi dəstəkləməyə hazırlaşır.