11 iyul 2025 11:37
101

Ağ Ev Trampı supermenə "çevirdi"

Ağ Ev ABŞ prezidenti Donald Trampın populyar komiks qəhrəmanı - Supermen (DC Comics personajı) obrazında illüstrasiyasını dərc edib.

“İki sahil” xəbər verir ki, müvafiq post Ağ Evin mətbuat xidmətinin “X” səhifəsində dərc olunub.

Söhbət süni intellekt vasitəsilə generasiya olunmuş məşhur bədii filmin dəyişilmiş posterindən gedir.

“Ümid simvolu. Həqiqət. Ədalət. Amerika yolu. Supermen Tramp”, - illüstrasiya bu sözlərlə müşayiət olunub.