12 iyul 2025 15:40
136

"Karvan" heyətini braziliyalı futbolçu ilə gücləndirib

"Karvan" klubu heyətini braziliyalı futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

David Oliveira Silva ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 28 yaşlı hücumçunun son klubu “Zabbar” (Malta) olub.