12 iyul 2025 17:58
126

"Kəpəz" müdafiəçisi ilə müqavilənin müddətini uzadıb

"Kəpəz" futbolçusu Ehtiram Şahverdiyev ilə müqaviləni yeniləyib.

“İki sahil” xəbər verir ki, son iki mövsümdə komandada çıxış edən oyunçu ilə birillik anlaşma imzalanıb.

Müdafiəçi mövqeyində oynayan Şahverdiyev son çempionatda Gəncə təmsilçisinin heyətində 35 oyun keçirib. O, 2023/2024-cü illər mövsümündə isə 31 oyunda iki qolla yadda qalıb.