14 iyul 2025 11:09
104

“Fənərbaxça”dan yeni transfer

“Fənərbaxça” heyətinə yeni futbolçu qatıb.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti əlumat yayıb. 

Superliqa təmsilçisi “Rizespor”dan Tarık Çetini transfer edib. 28 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Tarık Çetin “Fənərbağça”nın yetirməsidir. O, 2019-cu ildən “Rizespor”un formasını geyinirdi.