14 iyul 2025 16:01
103

Modriç rəsmən "Milan"da

İspaniyanın "Real Madrid" klubundan ayrılan Luka Modriçin yeni komandası müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

Bildirilib ki, xorvatiyalı futbolçu İtaliya "Milan"ına keçib.

40 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edirdi. O, 28 kubokla "Kral klubu" tarixinin ən titullu futbolçusudur.