I–IV ixtisas qrupları üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin 53.31 faizi 300–500 bal aralığında nəticə göstərib. 500–700 bal toplayanların faizi 30.94, 200–300 bal toplayanlar 13.99, 150–200 bal aralığında nəticə göstərənlər isə 1.75 faiz təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.
O bildirib ki, eyni ixtisas qruplarında ödənişli əsaslarla qəbul olan abituriyentlərin 47.22 faizi 200–300 bal, 37.64 faizi 300–500 bal aralığında nəticə göstərib. 500–700 bal toplayanlar 9.82 faiz, 150–200 bal aralığında nəticə göstərənlər isə 5.27 faiz təşkil edib.
“V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan abituriyentlərin 41.99 faizi 150–200 bal aralığında nəticə göstərib. 29.59 faizi 100–150 bal, 15.22 faizi 50–100 bal, 12.47 faizi 200–300 bal, 0.72 faizi isə 30–50 bal toplayıb.
Ödənişli əsaslarla V ixtisas qrupu üzrə qəbul olunan abituriyentlərin isə 59.14 faizi 100–150 bal aralığında nəticə göstərib. 18.79 faizi 200–300 bal, 13.40 faizi 50–100 bal, 6.16 faizi 150–200 bal, 2.49 faizi isə 0–50 bal toplayıb”.