Hərbi prokurorun müavini vəzifəsinin icrası Nihad Şıxəliyevə həvalə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş prokurorun əmri ilə Nihad Şıxəliyevə Respublika Hərbi prokurorun müavini vəzifəsinin icrası həvalə olunub.
O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.