14 iyul 2025 17:06
108

Aİ Ermənistana investisiyalarını 2,5 milyard avroya qədər artıracaq

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında görüş keçirilib.

“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, tərəflər tərəfdaşlığı inkişaf etdirmək və əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər,

Avropa İttifaqı isə respublikaya investisiyaların həcmini artırmağa söz verib.

Tərəflərin birgə bəyanatında bildirilir ki, Qlobal Gateway strategiyası (üçüncü ölkələrdə qlobal infrastruktur layihələri şəbəkəsinin inkişafı təşəbbüsü) çərçivəsində Aİ-nin Ermənistana investisiyaları 2,5 milyard avroya çatacaq.

“Müstəqil medianın gücləndirilməsi” üçün daha 1,5 milyon avro ayrılması planlaşdırılır.