14 iyul 2025 20:11
126

Tramp Ukraynaya silah tədarükü ilə bağlı NATO ilə razılaşdığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya silah tədarükü ilə bağlı NATO ilə razılaşdığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Donald Tramp NATO Baş katibi Mark Rutte ilə Vaşinqtonda görüş çərçivəsində deyib: "Biz bu gün onlara silah göndərəcəyimizlə bağlı razılıq əldə etmişik və onlar bunun üçün pul ödəyəcəklər. Biz istehsal edəcəyik və bunun üçün pul ödəyəcəklər”.

NATO-nun Baş katibi Mark Rutte bu razılaşmanı “böyük" adlandırıb. “Bu, avropalıların güclənməsi deməkdir. Bu, birinci dalğadır və daha çox olacaq. Avropa ölkələri bunun bir hissəsi olmaq istəyir".