14 iyul 2025 22:44
113

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ olub

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Burica bölgəsinə 206 kilometr məsafədə qeydə alınıb.

Təxminən 10 kilometr dərinlikdə baş verən yeraltı təkan nəticəsində hələlik can və ya mal itkisi barədə məlumat verilməyib.

Həmçinin, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.