15 iyul 2025 00:10
140

Zelenski: Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq

Prezident Volodimir Zelenski təsdiqləyib ki, Almaniya və Norveç Ukrayna üçün "Patriot" zenit-raket komplekslərini alacaq.

“İki sahil” xəbər verir ki, o bu barədə Telegram kanalında yayımlanan müraciətində bildirib.

Zelenski vurğulayıb ki, Almaniya iki, Norveç isə bir "Patriot" üçün ödəniş etməyə hazırdır.

İyulun 14-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtondan Ukraynaya yeni silah tədarükünə "Patriot"lar da daxil olacaq. Onun sözlərinə görə, ümumilikdə 17 zenit-raket kompleksinin tədarükü nəzərdən keçirilir.