16 iyul 2025 16:19
126

Təklif almamışam - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan vəzifədə olduğu müddətdə ATƏT-in Minsk qrupundan Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı təklif alması barədə iddiaları təkzib edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.

N.Paşinyanın sözlərinə görə, bu barədə sənəd ona ünvanlanmayıb.

"Mən ATƏT-in Minsk qrupundan heç bir təklif almamışam. Mən bu barədə açıq danışmışam. Mən ATƏT-in Minsk qrupu tərəfindən Serj Sarkisyana edilmiş təkliflərin qalıqlarını aldım. Mən parlamentdə bəyan etdim ki, sizin mənim aldığım təklif hesab etdiyiniz sənəd aşağıdakı məzmunla başlayır - "Ermənistan Respublikasının və Azərbaycan Respublikasının Prezidentləri...". Bu sənəd Ermənistan Respublikasının prezidentinə ünvanlanmışdı, mən isə heç vaxt Ermənistan Respublikasının prezidenti olmamışam", - o qeyd edib.

N.Paşinyan vurğulayıb ki, sonradan hökumətin masasına gələn sənəd Serj Sarkisyanın prezidentliyi dövründə aparılan danışıqların nəticəsi olub.